İtaliyada koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə naziri Roberto Speranza məlumat verib.
Bildirilib ki, “B.1.1.7 SARS-CoV-2” virusu İngiltərədən Romaya gələn bir sərnişində tapılıb. Həmin şəxs müəlicə üçün Celio Hərbi Poliklinikasının Elmi Şöbəsinə yerləşdirilib.
Onunla birlikdə təyyarədə olan şəxslər də karantinə alınıb. Həmçinin, səhiyyə naziri Roberto Speranza İngiltərəyə uçuşların 6 yanvaradək təxirə salındığını bildirib.
Bizim.Media