Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Bizim.Media "Pajvak" agentliyinə istinadən xəbər verir ki, Spin Kalay meydanında baş verən partlayış nəticəsində azı 9 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Partlayış Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobilində törədilib. Vardakın özünün sağ qaldığı bildirilir.
Qeyd edək ki, partlayış nəticəsidə 9 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Bizim.Media