“BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərər və tələbatların ilkin qiymətləndirməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (UNDP) Fələstin xalqına yardım proqramı üzrə xüsusi nümayəndəsi Yako Silliers bildirib.
Eyni zamanda, Silliers bərpa işlərinin nə vaxt başa çatacağı ilə bağlı proqnoz verməkdən imtina edib və bütün ərazilərin bərpa olunmayacağını da istisna etməyib.
Bizim.Media