Madaqaskar Prezidenti Andri Radzuelina ölkədə iğtişaşlar fonunda parlamentin aşağı palatasının buraxıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Frans Press məlumat yayıb.
Məlumata görə, bundan sonra hərbçilər hakimiyyəti ələ aldıqlarını bəyan ediblər.
Həmçinin hərbçilər ordunun və polisin zabitlərindən ibarət bir komitə yaratmaq planlarını elan ediblər. Bu komitə prezidentin funksiyalarını yerinə yetirəcək.
Bizim.Media