Türkiyədə təhlükəsizlik əməkdaşı gənc qızı tramvayın altına düşməkdən son anda xilas edib.
Bizim.Media xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib.
Qulaqçıq taxan gənc qız yolun qarşı tərəfinə keçmək istəyərkən tramvay xəttinə çıxıb. Bunun fərqinə varan təhlükəsizlik əməkdaşı dərhal müdaxilə edərək gənci tramvayın altına düşməkdən xilas edib.
Bizim.Media