“Tomahawk”ları göndərəcəyəmmi? Görərik. Ancaq bununla bağlı Rusiya ilə danışmalıyam. Onlar “Tomahawk”ların üzərlərinə gəlməsini istəyirlər? Mən belə düşünmürəm”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrailə səfərdən əvvəl jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Tomahawk”lar inanılmaz hücum silahıdır:
“Əgər müharibə həll olunmazsa, biz bunu həll edəcəyik (Söhbət həmin silahların Ukraynaya göndərilməsindən gedir – red.). Bəlkə də etməyəcəyik, amma dəqiq bilinmir. Mən istəyirəm ki, müharibə tez həll olunsun”, deyə o, əlavə edib.
Bizim.Media