Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs razılaşması çərçivəsində azadlığa buraxmağı planlaşdırdığı 20 sağ israilli girovun kimliyini açıqlayıb. Onların arasında donbaslı Maksim Xarkin də var.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı HƏMAS-ın hərbi qanadı "İzzəddin Əl-Qəssam Briqadaları" qrupu öz "Telegram" kanalında yayıb.
Girovların Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına harada və necə təhvil veriləcəyi hələlik məlum deyil.
Bildirilir ki, əsirlərin ilk qrupu Qəzzanın şimalında azad ediləcək.
Bizim.Media