Türkiyənin Qaziəntəp şəhərində koronavirus xəstəxanasında partlayış olub.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə oksigen cihazından qaynaqlanıb.
Bildirilib ki, partlayış bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb.
Nəticədə oksigen cihazına bağlı olan 8 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Reanimasiyada olan 14 ağır xəstə isə başqa tibb müəssisəsinə köçürülüb.
Bizim.Media