Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətin ötürülməsi ilə bağlı fikilərini bölüşüb.
Bizim.Media “BELTA”ya istinadən xəbər verir ki, Belarus lideri bunun üçün yeganə yolun seçkilər olduğunu bildirib.
"Mən seçkidən başqa yolla hakimiyyətin tranzitini tanımıram", - deyə Lukaşenko bəyan edib.
Qeyd edək ki, Aleksandr Lukaşenko 2020-ci il avqustun 26-da keçirilən prezident seçkilərində 80,23% səslə qalib gələrək, 6-cı dəfə Belarus Prezidenti seçilib.
Bizim.Media