ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.
Qeyd edək ki, Rusiya və Amerika nümayəndə heyətləri ötən gecə Cenevrəyə gəliblər.
Danışıqların bir neçə saat davam edəcəyi, bundan sonra Lavrov və Blinkenin ayrı- ayrılıqda mətbuat konfransı keçirəcəyi gözlənilir.
Bizim.Media