Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukrayna səfəri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Türkiyəli nazir tvitter hesabında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünü yazıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ukrayna dövlət başçısına çatdırdığını qeyd edib:
"Ukrayna ilə münasibətlərimiz mükəmməl səviyyədədir. 9-cu Yüksək Səviyyəli Strateji Şuranın növbəti iclasını gələn il ölkəmizdə keçirəcəyik",- deyə M. Çavuşoğlu qeyd edib.
Bizim.Media