Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.
Bizim.Media-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onun smartfonu yoxdur, bu, sadəcə mümkünsüzdür",- deyə o vurğulayıb.
D. Peskov qeyd edib ki, V. Putin internetdən istifadə edir, lakin bunun üçün onun çox vaxtı yoxdur.
Bizim.Media