Türkiyədə 5,0 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri əhalisi təxminən 592 min nəfər olan Kayseri şəhərindən 52 kilometr şimal-şərqdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Bizim.Media