Moskva “İsgəndər” raketlərini Uzaq Şərqdən Ukraynaya tərəf gətirir - FOTOFAKT

Conflict Intelligence Team (CIT) istintaq qrupu sosial şəbəkələrdə Şərq Hərbi Dairəsindən qərbə İsgəndər raket sistemlərinin ötürülməsini əks etdirən videolar aşkar edib.

Bizim.Media xəbər verir ki, CIT-in təsisçisi Ruslan Leviev “Dojd”a müsahibəsində bildirib ki, son bir neçə gün ərzində onlar “İskəndər-M” kompleksinin hərəkətini əks etdirən üç video tapıblar. 

O, nəqliyyat vasitələrinin brezentlə örtüldüyünü göstərib və bu, hərbçilərin texnikanın yerdəyişməsi faktını gizlətməyə çalışdığını deməyə əsas verir:
 

MÖVZU İLƏ BAĞLI:

“İsgəndər M”lə bağlı Rusiya niyə cavab verə bilmir? – 5 VACİB SƏBƏB 


“Buna baxmayaraq, brezentin altındakı obyektin konturları görünür. Bu, raket sistemlərini tanımağa imkan verib”.

“Exo Moskvı” yazır ki, “Twitter”də CIT təhqiqatçıları qrupu 9K720 “İskəndər-M” raket sisteminin Uzaq Şərqdən qatarla daşındığını əks etdirən video tapıb. 

Sverdlovsk vilayətində çəkilmiş başqa bir videoya görə, ekspertlər üç təkərli KAMAZ-ın nömrələrini müəyyən etdilər. Ehtimal ki, İskəndər-M kompleksini daşıyan avtomobillərin nömrələri belədir: 9T248, 9S552, 9S920-1 və ya 9U91.

Həmçinin bildirilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi artıq bölmələrin təhvil verilməsini “qəfil yoxlama” ilə izah edib.

Peyk görüntülərini tədqiq edən qərbli ekspertlər iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyi Voronejdəki Baltimor aviabazasına SU-34 ön xətt bombardmançıları yerləşdirib.

Aviasiya bazası Ukrayna sərhədindən cəmi 180 km aralıda yerləşir və bu, Rusiya təyyarələrinə təkcə sərhəd zonasında deyil, həm də Ukrayna ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirmək imkanı verir.

Xatırladaq ki, cümə günü Ağ Evin mətbuat katibi Cen Psaki bildirmişdi ki, Rusiya hazırkı tarixlərdən fevralın ortalarına qədər Ukraynaya hücum edə bilər.

Psaki “Rusiya hökumətinin işğala hazırlaşmasından” narahatlığını ifadə edib:

“Biz bunu əvvəllər də görmüşük. Bu, bizi 2014-cü ilə aparır. Deməli Rusiya Ukraynanın şərqində hücumlara hazırlaşır”.

Cümə günü adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən CNN telekanalı Rusiyanın guya “Ukraynanın şərqində yad bayraq altında əməliyyat  keçirmək üçün işçi qrupuna təlim keçdiyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu nəşrləri şərh edərkən belə məlumatların heç nə ilə təsdiqlənmədiyini və əsassız olduğunu bildirib. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Danışıqlar pərdəsi altında SAVAŞ HAZIRLIQLARI – İrana növbəti hücum AN MƏSƏLƏSİDİR

Danışıqlar pərdəsi altında SAVAŞ HAZIRLIQLARI – İrana növbəti hücum AN MƏSƏLƏSİDİR

Şimali Koreyada yeni konstitusiya: Kim Çen İnə nüvə silahından istifadə hüququ verilir

Şimali Koreyada yeni konstitusiya: Kim Çen İnə nüvə silahından istifadə hüququ verilir

Nəvai dəhşətli qəzadan sonra belə GÖRÜNTÜLƏNDİ – VİDEO

Nəvai dəhşətli qəzadan sonra belə GÖRÜNTÜLƏNDİ – VİDEO

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə

Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə

Bu il büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

Bu il büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

HammAli və Nəvainin klipində çəkilən aktrisa qəzada öldü – VİDEO

Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ötən il fermerlərə nə qədər subsidiya ödənilib?

Ötən il fermerlərə nə qədər subsidiya ödənilib?

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək” – MÜSAHİBƏ

Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək” – MÜSAHİBƏ

Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

Şəkidə avtomobil aşdı: 23 yaşlı gənc öldü

Şəkidə avtomobil aşdı: 23 yaşlı gənc öldü

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Sevgi münasibətlərində bəzən bir baxış günün axarını dəyişə bilər

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabunçu rayonun bəzi ərazilərində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO