Lev Tolstoyun 99 yaşlı nəticəsi Sergey Tolstoy ABŞ-ın Merilend ştatının Betesda şəhərində vəfat edib.
Bizim.Media xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə onun yaxın dostuna istinadla məlumat yayıb.
Sergey Tolstoyun ölümünün dəqiq səbəbi hələ ki, bilinmir. Onun ürək-damar sistemində problemlərin olduğu məlum idi. Yazıçının nəticəsi son zamanlar görmə və eşitmə qabiliyyətinin pisləşməsindən əziyyət çəkirdi və insult keçirmişdi.
Bizim.Media