ABŞ-da yaşayan ermənilər ötən gecə Azərbaycanın Kaliforniyadakı konsulluğu önündəki dirəklərə terrorçu Qurqen Yanikyanın fotosunu yapışdırıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycanın Kaliforniyadakı Baş Konsulu Nəsimi Ağayev öz “Twitter” hesabında paylaşıb.
Nəsimi Ağayev paylaşımında Yanikyanın nə qədər təhlükəli bir cinayətkar olduğunu göz önünə alaraq aidiyyəti qurumların məsələ ilə bağlı qəti mövqe qoymaları barəsində tələb irəli sürüb.
Xatırladaq ki, qatı erməni cinayətkarlarından və terrorçularından olan Qurqen Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlara qarşı sui-qəsd edərək, onları öldürüb.
Bizim.Media
