ABŞ-lı milyarder, “Microsoft”un qurucusu Bill Qeyts hesab edir ki, bu il yeni, daha yoluxucu koronavirus növünün ortaya çıxması ehtimalı azdır.
Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb:
"Daha yoluxucu bir ştamın ortaya çıxması ehtimalı azdır, lakin pandemiya zamanı biz çoxlu sürprizlər yaşadıq", deyə o, qeyd edib.
Qeytsin fikrincə, omikron ştamına görə bir çox insanlar “ən azı gələn il” immunitetə malik olacaqlar.
Milyarder bildirib: "Bir müddət hər il koronavirusa qarşı peyvənd alacağıq".
Bizim.Media