Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi taborunun döyüşçüsü, “Paşa” ləqəbli ehtiyatda olan baş gizir Banipaşa Əvəz “Kurtlar Vadisi”inin aktyorları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, türkiyədə səfərdə olan azərbaycanlı qazilər aktyorlar - Oktay Kaynarca və Necati Şaşmaz ilə görüşüb.
Banipaşa Əvəz Oktay Kaynarcaya medalını hədiyyə verib.
Bu barədə “Instagram”da paylaşım edən Oktay Kaynarca qazi ilə fotosuna bu sözləri yazıb:
“Dünən axşam Qarabağ qazisi olan qardaşlarımla bir arada idik. Qardaşlardan Banipaşa Əvəz sinəsindəki cəsarət medalını çıxarıb döşümə taxdı. Həmişə qəlbimizin üstündə qalacaqsınız”.
Bizim.Media

