Rusiyalı məşhur müğənni Avraam Russo ABŞ-da xəstəxaya yerləşdirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ifaçı yenidən əməliyyat olunacaq.
Qeyd edək ki, 15 il əvvəl naməlum şəxslər müğənninin maşına hücum etmişdilər. O vaxtdan bəri sənətçi bir çox əməliyyat keçirsə də, səhhətindəki problemlər davam edir.
A.Russonun bud hissəsinə 15 il əvvəl dəmir yerləşdirilib. Bu isə illərdir onun qan dövranının pozulmasına səbəb olub.
İndi əməliyyatla damar açılacaq və qan dövranının yenidən bərpa olunması təmin ediləcək.
Bizim.Media