Məşhur qazax kinorejissoru və musiqiçisi Saken Bitayev Almatıdakı iğtişaşlar zamanı öldürülüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə mərhumun dostu Daniyar Adilbəyov öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu gün ixtişaşçılar musiqiçinin avtomobilinə atış açıblar:
"Kütlə arxadan gəlib qapıları açmağa başlayıb. Bu zaman S.Bitayev avtomobili sürərək qaçmaq istəyib. Onlar gedən avtomobilin arxasınca atəş açıblar. Bir güllə Sakenin ciyərini deşib”, - deyə D.Adilbəyov yazıb.
Bizim.Media