Qazaxıstanda kriminal dairələrdə “Vəhşi Arman” kimi tanınan tanınmış Arman Cumageldiyev saxlanılıb. Bu barədə terrorla mübarizə üzrə baş qərargah məlumat yayıb. Xatırladaq ki, bir müddət əvvəl Cumageldiyev təcili olaraq Qazaxıstana uçub və etirazçılardan təxribatlara uymamağı və quldurluğu dayandırmağı xahiş edib.
Bizim.Media xəbər verir ki, Almatı polis idarəsi xüsusi əməliyyat zamanı Arman Cumageldiyevdən başqa, onun beş tərəfdarını da saxlayıb.
İdarə onlardan 4 ədəd müxtəlif çaplı yarımavtomat tapança, döyüş sursatı, soyuq silah və bir zirehli maşının götürüldüyünü açıqlayıb.
Videonu təqdim edirik:
Bizim.Media