Qazaxıstanın Almatı şəhərinin mərkəzində atışma davam edir.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, atışmada ölənlər var.
Məlumata əsasən, atışma Respublika meydanında baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.
Bir müddət əvvəl Almatı komendantlığı silahlı şəxslərin nömrəsiz avtomobillərdə hərəkət etdiyini bildirib. Bu cür avtomobillərin sahiblərinə qarşı sərt tədbirlər görüləcəyi vurğulanıb.
Bizim.Media