İran Süleymaninin öldürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT)-yə müraciət edib.
Bizim.Media xəbər verir ki, onlar 2020-ci il yanvarın 3-də öldürülən general Qasım Süleymaninin qətlinin araşdırılmasını istəyir. İran hesab edir ki, BMT-nin müvafiq qətnaməsinin qəbulu gələcəkdə amerikalıların oxşar hərəkətlərinin qarşısını alacaq.
Xatırladaq ki, Ayətullah rejiminin İrandan kənarda fəaliyyətini koordinasiya edən Süleymani iki il əvvəl Bağdadda qətlə yetirilib.
Əməliyyata göstəriş verən ABŞ prezidenti Donald Tramp Süleymanini dünyanın bir nömrəli terrorçusu adlandırıb.
Bizim.Media