Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avtobus sürücülərinə namaz vaxtı işlərini dayandırmağı, qadınlara hicabsız səyahət etməməyi tövsiyə edib.
Bizim.Media “ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın bəyanatında bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Taliban Kabildə qadın etirazçılara atəş açdı - VİDEO
Qeyd olunub ki, qadınlar ictimai nəqliyyatda hicabsız səyahət edə bilməzlər və qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət edə bilməzlər.
Bundan əvvəl də “Kabul News” telekanalı məlumat vermişdi ki, “Taliban” hərəkatı avtomobillərdə musiqiyə qulaq asmağı və qadınların nəqliyyat vasitələrində hicabsız getməyi qadağan edib.
Bizim.Media