İsrailin xüsusi xidmət orqanı - Mossada yeni rəhbər təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu sosial media hesabında yayıb.
“Mossad başçısının müavinini, cənab D-ni, Mossad rəhbəri təyin etmək qərarına gəldim. D, bir çox hüquqa və təcrübəyə sahib bir qurumun üzvüdür. Uğurlar!”-deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqan olub. Lakin Netanyahu yeni təyinatın kimliyi barədə məlumat verməyib.
Mossadın rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunub.
Xatırladaq ki, rəhbər birbaşa baş nazirə məruzə edir.
Bizim.Media