Rusiya parlamentinin 5 deputatı təkrar yeni növ koronavirus infeksiyasına yoluxub.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda deyib.
O bildirib ki, daha 11 deputatın koronavirus testi müsbət çıxıb.
“Ən çox narahatedici məqam 5 deputatın təkrar bu virusa yoluxmasıdır. Antitel işləməyib, onlar yenidən virusa yoluxublar”.
Ümumilikdə, bu günə kimi 157 deputat koronavirusa yoluxub və sağalıb. Hazırda xəstəxanada müalicə olunan deputatlar da var.
Bizim.Media