İran hökuməti Türkiyəyə qarşı sanksiyaları qınayır.
Bizim.Media xəbər verir ki, bununla bağlı İran Xarici işlər naziri, Məhəmməd Cavad Zərif ''Twitter'' hesabında yazıb:
O bildirib ki, İran hökuməti Rusiyanın S-400 zenit-raket sistemlərinin alınmasına görə, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsini kəskin şəkildə qınayır:
"ABŞ sanksiyalardan asılılığını və beynəlxalq hüquqa hörmətsizlik etməsini yenidən nümayiş etdirir. ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını şiddətlə qınayırıq"
Qeyd edək ki, ABŞ hökuməti Türkiyə Müdafiə Sənayesinin rəhbərinə və digər 3 vətəndaşına "Amerika düşmənlərinə qarşı sanksiyalar ilə mübarizə" qanuna əsasən məhdudiyyətlər tətbiq edib.
Bizim.Media