ABŞ Sudanı terrora dəstək verən ölkələrin siyahısından çıxarır.
Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ-ın Sudandakı səfirliyi rəsmi feysbuk səhifəsində məlumat yayıb.
Bildirlib ki, ABŞ Dövlət katibi Mayk Pompeo Sudanın bu siyahıdan adının çıxarılması üçün müvafiq sənədi imzalayıb:
"Konqresin 45 günlük bildiriş müddəti bitdi və Dövlət katibi Sudanın terrorizmin sponsoru statusuna xitam verilməsinin bu gün (14 dekabr) qüvvəyə minəcəyini və federal reyestrdə dərc ediləcəyini bildirən bir bildiriş imzaladı",-deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Konqresə ABŞ hökumətinin Sudana terrorizmə dəstək verən dövlət olaraq baxmadığını elan edib. Razılaşma Sudanın ABŞ-dakı terror qurbanlarına 335 milyon dollar ödəməyə dair razılaşması müqabilində əldə olunub.
Bizim.Media