Rusiyada şaxta bir qadının ölümünə səbəb olub.
Bizim.Media “lenta.ru” saytına istinadən xəbər verir ki, Rusiyanın tərkibindəki Başqırdıstan Respublikasının Çişmin rayonun Dema kəndində bədbəxt hadisə yaşanıb.
Belə ki, kənd sakini olan qadınlardan biri çəpərə ilişib, qaldığına görə soyuqdan ölüb. Həyat əlamətləri olmayan rus qadını metal hasardan asılı vəziyyətdə tapıblar.
Hazırda ölən qadının kimliyi müəyyənləşdirilir və məhkəmə-tibbi ekspertiza işləri aparılır. Ölümün cinayət izlərinə rast gəlinmir.
Bizim.Media