İsrail və Butan Krallığı münasibətləri normallaşdırmağa razı olublar.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik ölkələr arasında fəal diplomatik əlaqələrin qurulmasına dair müqavilə imzalayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə öz tvitter səhifəsində dövlətlər arasında əlaqələrin qurulmasını alqışlayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Mərakeşin diplomatik münasibətlər qurmaq barədə razılığa gəldiklərini elan etmişdir.
Bizim.Media