Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.
Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd edilib ki, Dağlıq Qarabağ ərazisində aparılan müşahidələrdə Rusiya sülhməramlıları tərəfindən 11 dekabr tarixində Hadrut istiqamətində atəşkəsin pozulması ilə bağlı hadisə qeydə alınıb.
Bizim.Media