İsrail Fələstin ərazisindən raket hücumlarının olduğunu deyərək Qəza sektoru sərhəddinə əlavə qoşun yeridir.
Bu, İordan çayının qərb sahilində üç israilli yeniyetmənin və onun ardınca Yerusəlimdə fələstinli gəncin ölümü iə əlaqədar yeni toqquşmalar zamanına təsadüf edir.
17 yaşlı fələstinli gənc cümə günü basdırılacaq, lakin gözlənilir ki, yas mərasimində İsrailə qarşı kütləvi çıxışlar olsun.
Gəncin ölümünü Fələstin rəhbərliyi ilə yanaşı, İsrail höküməti də qınayıb.
İsrail polisi iyulun 2-də Qüdsün şərqində səhər tezdən yoxa çıxmış fələstinli yeniyetməyə məxsus olduğu güman edilən cəsədi aşkar edib.
İsrail polisi bu hərəkətin motivini təsdiq edə bilməyib, lakin Fələstin mənbələri bu qətli 3 İsrailli yeniyetmənin öldürülməsinə cavab aksiyası kimi qiymətləndirib.
Bundan sonra qətlə yetirilmiş gəncin evi qarşısında fələstinlilərlə polis arasında toqquşma baş verib.
BBC