ABŞ və Rusiya prezidentləri dekabrın 7-də təhlükəsiz videobağlantı vasitəsilə görüşəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçılarının görüşü zamanı Ukraynadakı vəziyyəti, kibertəhlükəsizlik və strateji sabitliyi müzakirə etməsi planlaşdırılır.
"Prezident Bayden ABŞ-ın Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyəti ilə bağlı narahatlığını vurğulayacaq və Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək", - Ağ Evin sözçüsü Cen Psaki bildirib.
Bizim.Media