Rusiyanın Xalq artisti, aktrisa Nina Urqant vəfat edib.
Bizim.media xəbər verir ki, Sankt-Peterburqda yaşayan 93 yaşlı aktrisanın ölümü ilə bağlı uzun illər çalışdığı Aleksandrinski Teatrı məlumat yayıb.
Nina Urqant 1929-cu ildə anadan olub. O, "Pələng təlimçisi”, “On ikinci gecə”, “Oğullar döyüşə gedir” kimi onlarla filmdə çəkilib.
Qeyd edək ki, o, aktyor Andrey Urqantın anası, şoumen, aparıcı İvan Urqantın nənəsidir. (RİA Novosti)
Bizim.Media