ABŞ polisi Demokratlar Partiyasının ofisini partlatmaq istəyən şəxsi saxlayıb.
Vaşinqton ştatının Spokeyn şəhərində yerləşən qərargahına soxularaq oranı partlatmaqla hədələyən şəxs ofisdə yanğın da törədib. Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, saxlanılan kişi əlində içərisindən tellər çıxan çanta ilə bir nəfər əməkdaşın olduğu demokratların ofisinə girib və oranı partlatmaq istədiyini bildirib. İnsident zamanı xəsarət alan olmayıb.
Polis binanı mühasirəyə aldıqdan sonra o, çölə çıxıb və səlahiyyətlilərə təslim olub. Amma onun üzərində partlayıcı tapılmayıb.
Bizim.Media