Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 69 milyon 239 min 671 nəfərə çatıb.
Bizim.Media "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 575 min 810 nəfərdir. İndiyədək 47 milyon 994 min 611 insan xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 546 703 nəfər koronavirusa yoluxub, 10 132 pasiyent dünyasını dəyişib.
Bizim.Media