Ukraynada Mariupolun "xalq meri" Aleksandr Fomenko naməlum şəxslər tərəfindən oğurlanıb.
Avropa.info xəbər verir ki, yerli mətbuatına yazdığına görə, dörd nəfər silahlı şəxs küçədə Fomenkonun qarşısını kəsib.
Silahlılar "mer"dən başqa onunla olan bir nəfəri də özləri ilə aparıblar.
Qondarma Donetsk "Xalq Respublikası"nın təmsilçiləri "mer"in məhv edilməsi üçün qaçırıldığını deyiblər.