Hindistanın dərman vasitələrini nizamlayan qurumu koronavirus peyvəndinin istifadəsinə qarşıdır.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Hindistanın dərman preparatları sahəsində nizamlayıcı və nəzarət qurumu ölkənin vaksin institutunun təklif etdiyi iki peyvəndin təcili istifadəsinə qarşıdır.
Qeyd edək ki, Hindistinanın vaksin istehsal edən “AstraZaneca” və “Bharat Biotech” şirkətləri hazırladığı iki vaksinin istifadəsini təklif etmişdi.
Hər iki peyvənddən tərkib və effektivliyi haqqında məlumat azlığına görə imtina olunub.
Ümumiyyətlə, Hindistanda koronavirusa qarşı 8 vaksinin sınaqları həyata keçirilir. Onların arasında Rusiyanın “Sputnik V” peyvəndi də var.
Bizim.Media