Moldovanın Baş Naziri İon Kikunun COVİD-19 testi müsbət çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya bildirib.
Onun sözlərinə görə, koronavirusun əlamətləri ortaya çıxması səbəbindən Baş Nazir İon Kiku müvafiq testdən keçib.
Bildirilib ki, analiz nəticəsində Kikunun koronavirusa yoluxduğu müəyyənləşib. Baş Nazir vəzifələrini məsafədən icra etməyə davam edəcək.
Bizim.Media