SSRİ-nin son müdafiə naziri, aviasiya marşalı Yevgeni Şapoşnikov 78 yaşında vəfat edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rusiya Hərbi Rəislər Klubu” aparatının rəhbəri Nikolay Deryabin bildirib.
Onun sözlərinə görə, dəfn mərasimi Mıtişi şəhərindəki Federal Hərbi Memorial Qəbiristanlığında keçiriləcək. Keçmiş hərbi xidmət rəhbərinin ölümünün səbəbi barədə məlumat verilmir.
Qeyri-rəsmi məlumatlara görə, Y.Şapoşnikov koronavirus infeksiyasından dünyasını dəyişib.
Bizim.Media