Türkiyənin Antalya şəhərində azərbaycanlı qadının çantasını bankda unutması işçilər arasında təşviş yaradıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gətirilib, bank binası boşaldılıb.
Bank əməkdaşları çantanın sahibini tapmadıqdan sonra qorxaraq polisə müraciət edib.
Polis binanın ətrafını mühasirəyə alıb və zibil maşınları ilə yolu bağlayıb. Bir müddət sonra çantasını orada unutduğunu iddia edən azərbaycanlı qadın banka gəlib.
Polis araşdırmanı yekunlaşdıraraq çantanı qadına qaytarıb.
Bizim.Media