Qazaxstan və Özbəkistan Krildən xilas ola bilmir

Polşanın “Tygodnik Powszechny” nəşri yazır ki, Qazaxstan və Özbəkistan prezidentləri kirill əlifbasından latın qrafikasına keçid prosesinin ləng getməsindən narazıdırlar. Qazaxstan dövlət başçısı ona təqdim olunan 26 hərfli qazax əlifbasının qüsurlu olduğunu deyib. Qazax kiril əlifbasında hərflərin sayı 42-dir. Q.J.Tokayev məmurlara tapşırıq verib ki, əlifbanı təkmilləşdirsinlər.

Özbəkistan isə artıq ikinci dəfədir ki, latın əlifbasına keçməyə çalışır. İlk cəhd İ.Kərimovun zamanında olmuşdu (1990-2016). Lakin o, uğursuz alındı. 

Yeni prezident Ş.Mirziyeyev bu ilin oktyabr ayında göstəriş verib ki, latın əlifbasına keçid sürətləndirilsin. Əlavə olaraq, Ş.Mirziyeyev dövlət işlərində çalışanlar üçün özbək dili və ədəbiyyatından imtahan verməyin 3 ildən sonra məcburi olacağını təsbit edən sənəd imzalayıb. 2023-cü ildən bütün dövlət sənədləri özbək dilində tərtib olunacaq. Rəsmi kargüzarlıq ancaq özbək dilində aparılacaq və bu qaydanı pozanlar cərimələnəcək. 

Maraqlıdır ki, Qazaxstan və Özbəkistan prezidentlərinin bu addımlarını həmin ölkə elitasının bir qismi müsbət qarşılamır. Məsələn, Qazaxstanın keçmiş baş naziri İmanquli Tasmahambetov deyir ki, “bilmirəm, bizə indi hərf seçimi ilə məşğul olmaq lazımdırmı?”. Onun fikrincə, öncə ölkə rəhbərləri dəyişməlidirlər, çünki onlar hansı dildə danışırlarsa, hamı o dildə danışmağa üstünlük verir. 

Özbəkistanda isə bir qism ziyalı hesab edir ki, özbək dili rəsmi səviyyədə hələ rus dilini əvəz etmək üçün yetişməyib. Ümumiyyətlə, bütövlükdə Mərkəzi Asiyada - Daşkənddə, Aşxabadda, Düşənbədə, Alma-Atıda rus dilində təhsil daha keyfiyyətli hesab edilir.

Deməli, Qazaxstan və Özbəkistan əlifba siyasətində uğur əldə etmək üçün təhsil sistemində ciddi ishalatlar aparmalıdırlar. O cümlədən, bu ölkələrdəki ziyalıların milli kəsimi hesab edir ki, dövlət dilində təhsil gücləndirilməlidir. Rus dilində təhilin perspektivi bu kontekstdə müəyyən edilməlidir. Hər bir halda keyfiyyət və say baxımından aparıcılıq dövlət dilində təhsildə olmalıdır.

Bu baxımdan yeni əlifba tərəfdarlarının başqa bir arqumenti də var. Onlar yerli idarəetmə orqanlarında mütləq əksəriyyətin özbək dilində danışdığını və sənədləri bu dildə tərtib etdiyini deyirlər. Lakin yeni bir ziddiyyət də mövcuddur: Özbəkistan paytaxtından yerli orqanlara sənədlər rus dilində göndərilir! Belə görünür ki, rəsmi Daşkəndə bu uyğunsuzluğu aradan qaldırmaqda yalnız əlifbanı dəyişmək kömək etməyəcək. 

Bu faktlar Avropada da müşahidə edilən bir proses prizmasında maraqlı görünür. XIX əsrdə Avropa milli dirçəliş hərəkatı fonunda macarlar rəsmi olaraq ana dillərinin (madyar dili) tətbiqi üçün mübarizəyə qalxdılar. Bu hərəkata qarşı almanlardan başqa, yerli latın dilli macarlar da ciddi etiraz etdilər.

Onlar Macarıstanın siyasi və iqtisadi elitasında çoxluq təşkil edirdilər. Lakin Macarıstanda milli dil tərəfdarları qalib gəldilər və 1867-1918-ci illəri madyar dilinin “qızıl dövrü” adlandırırlar. Çünki həmin dövrdə nəinki macarlar, hətta bir neçə Avropa xalqları madyar dilini öyrəniblər. Tarixin belə sürprizləri var!     

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

Leyla Əliyevadan ulu öndər Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Leyla Əliyevadan ulu öndər Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Avroviziya təmsilçimiz firuzəyi xalıda addımladı, Aygün Kazımovanın mahnısı SƏSLƏNDİ - VİDEO

Avroviziya təmsilçimiz firuzəyi xalıda addımladı, Aygün Kazımovanın mahnısı SƏSLƏNDİ - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Xalqı Zəfərə aparan lider

Xalqı Zəfərə aparan lider

Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı

Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı

Yeni virusla bağlı xəbəri bu şəxslər MÜTLƏQ OXUSUN

Yeni virusla bağlı xəbəri bu şəxslər MÜTLƏQ OXUSUN

End of content

No more pages to load

RADİO