Roma Papası Fransisk 2021-ci ilin martında İraqa səfər edəcək.
Bizim.Media xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Papanın səfər tarixini də açılqlayıb. Belə ki, katoliklərin lideri 5-8 mart tarixləri arasında İraqa getməyi planlaşdırır.
Nazirlik Papanın səfərini bütün iraqlılar üçün böyük bir dəstək adlandırıb və tarixi bir hadisə kimi edib.
Nazirlikdən bildirilib ki, İraq və bölgə üçün bu bir sülh mesajıdır. Papa Fransiskin Bağdad, Ərbil və Mosulda danışıqlar aparacağı gözlənilir.
Bizim.Media