Rusiya prezidenti Vladimir Putin Boris Yeltsinin Kareliya ərazilərinin Uzaq Şimal rayonlarına bərabərləşdirilməsi haqqında fərmanını ləğv edib.
Bizim.Media xəbər verir ki, müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.
Göndərilən sənədə görə, 2022-ci il yanvarın 1-dən Kareliyanın bəzi bölgələrinin Uzaq Şimalda yaşayış şəraitinə bərabərləşdirilməsini nəzərdə tutan 20 dekabr 1993-cü il tarixli fərman ləğv edilir.
Bu, Arktika Zonasının İnkişaf Strategiyasında dəyişikliklərin bir hissəsi kimi həyata keçirilib.
Bundan əlavə, Komi, Buryatiya və Perm diyarının Komi-Permyak Muxtar Dairəsi müvafiq siyahıdan çıxarılıb.
Bizim.Media