İran bu ölkənin Ali rəhbəri Əli Xameneinin səhhətinin pisləşməsi barədə yayılan xəbərləri təkzib edib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, 81 yaşlı Xamneinin səhəttinin pisləşməsi və vəziyyəti ilə əlaqədar səlahiyyətlərini təhvil verməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
İranın rəsmi şəxslərdən biri “Fars” agentliyinə mövzu ilə bağlı açıqlama verib və gəzən söz-söhbətlərin yalan olduğunu söyləyib.
O bildirib ki, 81 yaşlı Ali rəhbərin səhhəti yaxşıdır və vəzifəsinin icrasını davam etdirir.
Bizim.Media