ABŞ-ı vahimədə saxlayan erməni mafioza 1000 ilə yaxın həbs cəzası...

ABŞ-ın Los-Anceles federal məhkəməsi “Armenian Power” (“Erməni gücü”) adlı mütəşəkkil cinayətkar qruplaşmanın lideri, 38 yaşlı erməni Mqer Darbinyan üzərində prosesi yekunlaşdırıb.

Məhkəmə onu bütün ittihamlar üzrə təqsirli bilib və erməni mafiozun 973 il azadlıqdan məhrum etmə cəzası alacağı gözlənilir. Ona qarşı hökm iyulun 14-də elan olunacaq.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, M.Darbinyan 57 maddə üzrə təqsirli bilinib. Bura mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, reket, bank fırıldağı, kredit kartları ilə fırıldaqçılıq, şəxsi məlumatların ələ keçirilməsi və odlu silah saxlama kimi maddələr daxildir.

Kaliforniya ştatının Mərkəz Dairəsi Prokurorluğunun bildirdiyinə görə, Darbinyan həbsxanada olduğu bir vaxtda da cinayətkar fəaliyyətini davam etdirib və Meksika mafiyasının üzvləri ilə birgə cinayətkarlıqla məşğul olub.

“Kapone”, “Keps”, “Hollivud Maykı” kimi ləqəblərlə tanınan Darbinyan əsasən Ermənistandan olan emiqrantlardan ibarət cinayətkar qruplaşmanın lideri olub. Onun qruplşamasında 200-250 adamın olduğu təxmin edilir.

Federal Təhqiqatlar Bürosu və bir sıra digər strukturlar beş il ərzində “Armenian Power” qruplaşmasının fəaliyyətini izləmək üçün “Elektrikin kəsilməsi” adı altında məxfi əməliyyat həyata keçiriblər.

2011-ci ildə qruplaşmanın 100-ə yaxın üzvünə cinayət işi qaldırılıb. Prokurorluq bunun ABŞ tarixində ən iri mütəşəkkil cinayətkarlıq hadisəsi olduğunu bildirib. Saxlanılanlar qanunsuz qumar oyunları təşkil etməkdə, adam oğurluğunda, reketdə, bir neçə növ fırıldaqçılıqda və s. əməllərdə ittiham olunublar.

Həbslər böyük erməni icmasının yaşadığı Kaliforniya ilə yanaşı Denver və Mayamidə də həyata keçirilib.

İndiyə qədər qruplaşma üzvlərinin 85-nə hökm oxunub. İkisi məhkəmənin qərarını gözləyir, iki nəfər axtarışdadır.

“Armenian Power” qruplaşması 1980-ci illərdə erməni mühacirlərini qaradərililərdən ibarət bandalardan qorumaq üçün Hollivudda yaradılıb. Qruplaşmaya qoşulan gənc ermənilər başlarını keçəl qırxıblar, tatuirovka ediblər və qolsuz köynəkdə, xaki rəngli şalvarlarda gəziblər. Qruplaşmanın qaradərili bandalarla müharibəsində hər iki tərəfdən onlarla adam ölüb.

Əvvəlcə o qədər də tanınmayan qruplaşma sonradan kredit kartları ilə milyonlarla dollarlıq fırıldaq həyata keçirən beynəlxalq sindikata çevrilib. Prokurorluğun ittiham aktında göstərilir ki, qruplaşma Rusiya və Ermənistandakı “vor zakon”larla da əlaqə saxlayıb. 

Qruplaşma üzvləri ucuz mağazalarda kassirlərin diqqətini yayındıraraq kassa terminallarında müştərilərin kredit kartlarının məlumatlarını oxuyan qurğu yerləşdiriblər. Bu məlumatlar əsasında saxta bank kartları hazırlayan qruplaşma üzvləri zərərçəkənlərin hesablarındakı pulları çıxarıblar və illər ərzində bu yolla milyonlarla dollar qazanıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO