Belarus Azərbaycanla gələcək qarşılıqlı fəaliyyət üçün “yol xəritəsi” hazırlamağı təklif edib.
Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevlə görüşündə deyib.
Andreyçenkonun sözlərinə görə, ölkələr sənaye kooperasiyası və kənd təsərrüfatının inkişafı məsələlərində də qarşılıqlı əlaqəni gücləndirə bilər.
Bizim.Media