Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında görüş sabah baş tutacaq.
Bizim.Media xəbər verir ki, görüşdə ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.
Bizim.Media