Livanla digər ərəb ölkələri arasında siyasi qalmaqal daha da böyüyüb.
Bizim.Media xəbər verir ki, BƏƏ Livandakı səfirini geri çağırıb. Həmçinin, ölkə vətəndaşlarına Livana səfər etməmək tövsiyə edilib.
Qeyd edək ki, Livanın informasiya naziri Corc Kardahi bir müddət öncə Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki hərəkətlərini təcavüz adlandırmışdı.
Bundan sonra Səudiyyə Ərəbistanı və Küveyt sözügedən ölkədəki səfirlərini geri çağırmışdı.
Bizim.Media