“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir:
“Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”.
Kalının sözlərinə görə, Ərdoğan və Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazqoda görüşəcəyi gözlənilir:
“Görüşlə bağlı son dəqiqləşmələr aparılır”.
Bizim.Media